Ümumi Subkredit Məbləği | € 40,446.53 |
Ümumi Həvəsləndirmə Məbləği: | € 4044.65 |
İnvestisiya edilib: | Hibrid Avtomobil |
AB Direktivlərinə uyğundur: | Yüngül kommersiya avtomobillərinin göstəriciləri |
Enerji Qənaəti, GHG azalma (t CO2/year) | Hibrid avtomobillərdə enerjiyə qənaət nəzərə alınmır. Lakin onlar enerji və CO2 emissiyalarının azalmasına töhfə verirlər |
Azərbaycanın Avropa ilə Asiya arasındakı srtateji mövqeyi onu həm işgüzar, həm də isirafət səfərləri edənlər üçün popular istiqamətə çevirib. Ölkənin zəngin mədəni irsi, müxtəlif mənzərələri və dinamik şəhərləri onun turizm məkanı kimi cəlbediciliyinə töhfə verir. Hökumətin viza rejiminin liberallaşdırılması kimi təşəbbüslər vasitəsilə turizmi təşviq etmək səyləri də otellər bazarının böyüməsində mühüm rol oynamışdır. Bu, 2020-ci ildən bəri sektorda hər il sabit artımda özünü göstərir. Son iki ildə artım tempinin yavaşlamasına baxmayaraq, onilliyin sonuna qədər illik artım tempinin hələ də təxminən 4% civarında olacağı gözlənilir. Azərbaycan otel bazarındakı ən nəzərəçarpan tendensiyalardan biri butik və lüks otellərin sayının artmasıdır. Bu müəssisələr həm yerli, həm də beynəlxalq səyyahlar arasında yüksək səviyyəli yerləşmə tələbatını ödəməyə yönəlib. Bundan əlavə, Azərbaycanda ekoloji cəhətdən təmiz və davamlı otellərin sayının artması da müşahidə olunur ki, bu da istehlakçılar arasında ətraf mühit məsələlərinə artan həssaslığı əks etdirir. Bakıdakı The Parallel Hotel bu kiçik butik otellərdən biridir. Hədəf auditoriyasının ekoloji narahatlıqlarını nəzərə almaq istəyindən ilhamlanan otel, Respublika Bank tərəfindən EU4Business-EBRD Kredit Xətti çərçivəsində həyata keçirilən yaşıl investisiya kampaniyasından faydalanaraq müştəri xidmətlərini yaxşılaşdırmaq məqsədilə hibrid avtomobil almaq üçün kredit götürüb. Layihə uğurla təsdiqləndikdən sonra şirkətə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən kredit məbləğinin 10 %-i həcmində qrant verilib. Bu investisiya ilə şirkət indi aşağıdakı Avropa Direktivlərinə cavab verir:
· Motorlu nəqliyyat vasitələri və Qoşqular üzrə Direktiv (Qaydalar (Aİ) 2018/858) – Yeni minik avtomobilləri və yeni yüngül kommersiya avtomobilləri üçün SO2 emissiya göstəriciləri standartları (Qaydalar (Aİ) 2019/631)
© Copyright 2021. All Rights Reserved.